Hacıqabulda üzərinə metal parçası düşən şəxs öldü

Hacıqabul rayonunda iş görən şəxs üzərinə metal parçasının düşməsi nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, ölümlə nəticələnən bədbəxt iş hadisəsi axşam saatlarında rayonun Rəncbər kəndi ərazisində qeydə alınıb.

37 yaşlı Ramazanov Vladimir Mirzəqəni oğlu iş görən zaman onun üzərinə dəmir düşüb və ağır dərəcədə yaralanıb. O, xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır./Azertag/

COP29