Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verdi – Yaralılar var

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.