Hacıqabulda yol polisinin avtomobilində yanğın oldu

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilin mühərrikində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla “Mercedes” markalı avtomobildə olan yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

Araşdırma aparılır.