Hacıqabulda yol qəzası oldu – Ana və qızları xəsarət aldı

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü həmçinin onun 11 və 13 yaşlı qız övladları müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa