Hacıqabulda yük avtomobili yandı

Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 105-ci kilometrliyi) “Mercedes” markalı yük avtomobilinin mühərrik hissəsi və kabinəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.