Hackerlər tərəfindən olan kiberhücumlar günü-gündən daha da qəlizləşərək dövlət və kommersiya müəssisələrinə ciddi zərər vururlar.
Kibercinayətkarlardan qorunmaq tədbirləri çərçivəsində adətən bloklayıcı üsullardan istifadə olunur. Lakin çox zaman bu üsullar da effektiv olmurlar. Amerikalı tərtibatçıların yaratdıqları yeni sistem isə hackerlrərin kiberhücumlarını bloklamaq əvəzinə öz təhlükəsizlik sistemini təkmilləşdirmək üçün hackerlərin zərərli proqram təminatlarından istifadəni öyrənir. Bu barədə Utdallas.edu saytı xəbər verib.
DEEP-Dig (DEcEPtion DIGging) adlı üsul hackerlərin cəlb olunacağı xüsusi saytın yaranmasına əsaslanır. Bu cür resursa daxil olan hacker bütün öz proqram təminatını özünü təkmilləşdirməyi bacaran sistemə yükləyir və həmin sistem əldə edilmiş bacarıqları hackerlər ilə mübarizədə tətbiq edir. “Bizim şəbəkələrimizə mütəmadi şəkildə hücum etməyə çalışan cinayətkarlar var. Biz isə bu halları neqativ hallar kimi nəzərə alırıq. Onları bloklamaq əvəzinə biz, sözügedən hackerləri pulsuz əmək bazarı kimi qəbul edə bilərik. Onlar bizlərə zərərli proqram təminatlarının necə göründükləri barəsində məlumatları verirlər. Bu isə pulsuz şəkildə olan dəyərli məlumatlar bazasıdır” – deyə yeni sistemin yardıcıları qeyd ediblər.
DEEP-Dig sürətli şəkildə böyüyən kibertəhlükəsizlik sahəsi hesab edilir. Bura hackerlər üçün nəzərdə tutulmuş tələləri özündə birləşdrən bir növ yalançı texnologiyalar daxildirlər. Adətən kibercinayətkarlar ilk növbədə sadə üsullardan istifadə edirlər və daha sonradan daha qəliz kiberhücum üsullarına əl atırlar. Mövcud olan təhlükəsizlik sistemlərinin çoxu həmin kiberhücumları bloklamağa çalışır. DEEP-Dig isə hackerlərin istifadə etdikləri müxtəlif kiberhücum üsulları barəsində daha çox məlumat vermərə şərait yaradır. Tərtibatçılar qeyd ediblər ki, əgər hacker anlasa ki, o, onun üçün yaradılmış tələ xarakterli sayta daxil olub, DEEP-Dig yenə də hackerin öz izini necə itirməsi barəsində məlumatları əldə edə biləcək.