Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Hadi Rəcəbli və Musa Qasımlıya orden verildi

Reklam: High Technic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadi Rəcəblini və Musa Qasımlını ordenlərlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin 70, bu gün isə deputat Musa Qasımlının 60 yaşı tamam olub.

www.yenicag.az

2124
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM