Hadi Rəcəblidən nəticələrin ləğvi ilə bağlı AÇIQLAMA

Hadi Rəcəblinin namizəd olduğu 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hadi Rəcəbli son qərarı Mərkəzi Seçki Komissiyasının verəcəyini bildirib:

“Yazılanlardan mənim də xəbərim var. Seçkilərin gedişatı ilə bağlı heç nə deyə bilmərəm. Qərar MSK-dan asılıdır. Qanunvericiliyə görə, 10 gün müddətində Mərkəzi Seçki Komissiyası məsələyə münasibət bildirməlidir. Allaha pənah. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

COP29