Hadı Rəcəblini “deputat” seçən DSK sədri fəhlə işləyir – RƏSMİ SƏNƏD

Nəticəsi ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin sədri həm də DOST Mərkəzində çalışırmış.

Yenicag.az Uunikal.org-a istinadən xəbər verir ki, sözügedən dairə seçki komissiyasının sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin okyabrından DOST Mərkəzi MMC-də fəhlə kimi çalışır.

Qeyd edək ki, Hadi Rəcəblini qalib elan edən 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin nəticələri saxtakarlıq faktlarına görə ləğv olunub.

COP29