Hadisə 1 milyonluq təklifi rədd etdi

Müğənni Hadisə Yenil il gecəsi səhnəyə çıxmaq üçün gələn 1 milyon TL (təxminən 400 min manat) təklifi rədd edib.

Yenicag.az xəbər verir ki, müğənni həmin günü fransalı sevgilisi Aurelien Mullerlə Parisdə qeyd edəcək. Hər il Yeni ili səhnədə qarşılayan Hadisə bu dəfə sevgilisini seçib. Cütlük bayramı “Plaza Athenee Hotel”də keçirəcək. Daha sonra o, bacıları Hülya və Derya ilə Londona qısa tətilə yollanacaqlar.

Qeyd edək ki, Hadisə sevgilisi ilə “Sıfır Tolerans” mahnısının klip çəkilişlərində tanış olublar.

COP29