Hadisə yaraşıqlı iştirakçıya verdiyi sözü tutdu

Müğənni Hadisə “O Səs Türkiye” iştirakçısına verdiyi vədi yerinə yetirib.

Yenicag.az xəbər verir ki, o, Çağrı Oyguç adlı yaraşıqlı gənci komandasına ala bilmək üçün ona, “Məni seçsən, məktəbə səni ziyarət etməyə gələcəm” demişdi.

İfasıyla Murat Boz və Hadisəni çevirməyə nail olan iştirakçı, Hadisəni seçmişdi. Bundan sonra müğənni musiqi müəllimi olan Çağrıya sürpriz edərək dərs dediyi məktəbə gedib.