Hadisə yerinə gedən təcili tibbi yardım maşınını aşırmaq istədilər – Azərbaycanda

Samuxda ağır avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, baş vermiş ağır avtomobil qəzası yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarına hüçum edilib.

Samux rayon Sərkar kənd ərazisində baş vermiş ağır avtomobil qəzası yerinə çağrılan təcili tibbi yardım əməkdaşları hadisə nəticəsində ölən və yaralananların yaxınları tərəfindən təzyiqə məruz qalıblar. Təxminən 10-a yaxın insan Səhiyyə Nazirliyinə məxsus 90-JM-955 dövlət nömrə nişanlı “Mercedes” markalı təcili tibbi yardım maşınının arxa qabı şüşələrini sındırılıb, daha sonra avtomobili aşırmağa cəhd ediblər. Hadisə yerinə gedən tibb işçiləri, həkim, Aygün Qəhramanova, tibb bacısı, İnarə Binnətova və sürücü Tahir Süleymanov xəstə yaxınlarının təzyiqinə məruz qalıblar. Sürücünün əli kəsildiyi bildirilir. Qadın tibb işçiləri isə yaxınlıqdan keçən vətəndaşlar tərəfindən ərazidən uzaqlaşdırılıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Qeyd edə ki, axşam saatlarında “VAZ-21010” markalı avtomobilə “Qazel” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəstəxanaya aparılan zaman ölüb, daha iki nəfər isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan biri, “Qazel” markalı avtomobilin sürücüsü yaxınları tərəfindən Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində başqa yaralananlar da olub.

Hazırda polis əməkdaşları tərəfindən hadisə zamanı ölən və yaralananların adları və qəzanın səbəbləri araşdırılır.(Report)