Hadisə yerinə gedən “Təcili yardım”ın sürücüsünü maşın vurdu

170075_res_01Bakıda çağırış əsasında vətəndaşa yardım etməyə gedən “Təcili yardım” maşınının sürücüsü avtomobildən enərkən onu nəqliyyat vasitəsi vurub

“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonunda baş verib. Belə ki, 4 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olan çağırış əsasında təcili yardım maşını Sədərək ticarət mərkəzinin yaxınlığına gedib. Burda yıxılaraq xəsarət alan şəxsə yardım etmək istəyən briqada avtomobildən yerə enib. “Təcili yardım” briqadasının sürücüsü,1964-cü il təvvəllüdlü Niftəliyev Fəxrəd Heybət oğlu avtomaşından enərkən onu avtomobil vurub.

Ağır xəsarət alan F.Niftəliyev çağırılan digər “Təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.