Hadisədən İZLƏNMƏ REKORDU: Səhnə performansı ilə hər kəsi heyran qoydu – FOTOLAR

Türkiyənin tanınmış müğənnisi Hadisə konsertində izlənmə rekordu qırıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin konsertinə 25 min tamaşaçı qatılıb.

Hadisəni dinləmək üçün insanlar körfəzin bir çox yerindən məkana axın edib.

Amfiteatrda baş tutan konsertdə Hadisə həm səhnə performansı ilə göz oxşayıb, həm də rəngarəng repertuarı ilə izləyicilərə unudulmaz musiqi gecəsi bəxş edib.

Cəvahir