Hadisənin toy xəyalı puç oldu: Ərinin borcuna görə… 

Bu yaxınlarda sürpriz şəkildə evlənən müğənni Hadisə və iş adamı Mehmet Dinçərin toy planları təxirə düşüb. 

Yenicag.az xəbər verir ki, tanınmış cütlük aprelin 30-da Çırağan sarayında ailə arasında kiçik nikah mərasimi keçirmişdilər.

Cütlük sonra xaricdə də dəbdəbəli toy etmək qərarına gəlmişdi. Amma Mehmet Dinçərin borclarına görə bu xəyalları puç olub.

Hadisənin buna görə çox pis olduğu və depressiyaya düşdüyü deyilir.