Hadisəyə yaxın rəfiqəsindən zərbə: Məhkəməlik oldular

Türkiyəli müğənni Hadisə yaxın rəfiqəsi tərəfindən aldadılıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, ingilis moda həftəsinə qatılmaq üçün dostuna 5 min pound (təxminən 15 min manat) ödəyən Hadisə biletin qiymətinin 1500 pound (təxminən 4000 manat) olduğunu öyrənib. 4 dekabr 2017-ci ildə keçirilən moda həftəsinin təşkilatçısı Yasemin Sadıkoğlu bileti Hadisəyə 3 dəfədən artıq baha qiymətə satıb.

Bunu sonradan öyrənən müğənni isə rəfiqəsini məhkəməyə verərək ondan təzminat tələb edib.

COP29