Hadrutda erməni hərbçilərin meyitləri aşkarlandı

Hadrutda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş iki hərbi qulluqçunun meyiti aşkarlanıb.

Yenicag.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, daha üç erməni hərbçinin meyiti Azərbaycan tərəfindən təhvil verilib.

Beləliklə, ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra Qarabağda aparılan axtarışların gedişatı zamanı Ermənistan ordusunun meyiti tapılan itkin hərbi qulluqçularının sayı 1 551 nəfərə çatıb.