Hafiz Hacıyev “beşinci kolon”u İFŞA ETDİ: “Biri “2 milyon”, digəri “5 milyon vermişəm” deyir”

“Parlamentdə də Rusiyanın kadrları mövcuddur. Biri “2 milyon”, digəri “5 milyon vermişəm” deyir”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Azərbaycanda “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı fikirlərini səsləndirən MMP sədri söyləyib ki, dedikləri öz təsdiqini tapıb:

“Rus Evi”ndə casus var deyirlər, lakin casuslar elə öz içimizdədir. Ən böyük yerlərdə oturublar. Putindən “Lenin” ordeni alanlar hamısı müəyyən qurumlardadır. Çətin vəziyyətdəyik, çox şey bilsək də, deyə bilmirik. Parlamentdə də Rusiyanın kadrları mövcuddur. Biri “2 milyon”, digəri “5 milyon vermişəm” deyir. Həmin şəxslərin adlarını da dəfələrlə səsləndirmişəm. İndiki parlament buraxılmalıdır. Dövlətimizi qorumalıyıq və Prezident İlham Əliyev də bu məsələdə də qəti mövqeyini göstərəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli