!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hafiz Hacıyev: “Qardaşım Tarif Şurasının qərarına veto qoymalıdır, yoxsa…”

!Reklam – Yazi

583fd26b69951“Tarif Şurasının elektrik enerjisi və qazın qiymətini qaldırmaq barədə qərarı millətə qarşı bir xəyanətdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi:

“Həm millət, həm də dövlət başçısının ayağının altını qazanlara elə bil ki, bununla bir “pas” verdilər. Samir Şərifov deyir ki, qoy qaz məsələsinə Rövnəq Abdullayev cavab versin. Yəni o buna, bu da ona ötürür. Bu ciddi ittihamdır. Məlumat yayıblar ki, guya “Azərişıq” ASC bu barədə Tarif Şurasına məlumat göndərməyib, Rövnəq Abdullayev özünün göndərmədiyini oradan danır. Belə çıxış ki, hakimiyyət daxilindəki xüsusi təxribatçı, prezident əleyhinə olan koalisiyada birləşən qüvvələr bu milləti dövlətin üzərinə qaldırmağa çalışırlar. Onlar çoxdan çalışırlar ki, Azərbaycanda qarışıqlıq yaransın. Cənab prezident, əziz qardaşım ciddi kadr, siyasi islahatlar aparmaq istəyir.

Hafiz Hacıyev ile ilgili görsel sonucuOnun ətrafında olan xəyanətkar məmurlar gözəl bilir ki, prezident onlardan əl çəkməyəcək, günahkar olanların hamısını işəri dolduracaq. Belə olan halda onlar çalışırlar ki, xaricdəki düşmən qüvvələrlə əlbir olub daxildə böyük bir çaxnaşma yaratsınlar. Gördünüz ki, indiyə kimi yatan partiyalar dünən təcili olaraq toplanaraq mitinq haqqında müzakirələrə başladılar. Belədə xalq arasında ciddi təxribatlar aparmaqla məşğuldurlar. Tarif Şurasının üzvləri, xaricdəki düşmənlərimiz qardaşımın ətrafında olan satqın zümrə ilə birlikdə məhz buna nail oldular. Ona görə də cənab prezident təcili olaraq Tarif Şurasının qərarına veto qoymalı və həmin qərar ləğv edilməlidir. Belə bir addım atılarsa, inandırıram ki, ölkə ictimaiyyəti nə qədər təxribatçı qüvvələr var, hamısının qarşısında duruş gətirəcək. Amma həmin addım baş verməsə acınacaqlı nəticə ilə sonuclanacaq. İnsanlarda artıq hazırkı məmurların dövləti idarə edə bilmədikləri barədə pis-pis fikirlər formalaşır.

Onlar bütün məsələləri gətirib prezidentin üzərinə qoymaq istəyirlər, demirlər ki, bu işləri Tarif Şurası görüb. Belədə antiprezident təbliğatı aparmaqla ölkədə olan bütün neqativ hallaırn hamısını prezidentin üzərinə atmağa çalışırlar. Yəni hədəfdə prezidentdir. Bu baxımdan istərdim ki, əziz qardaşım ortaya qəti mövqeyini qoysun. Dekabr ayı ərzində ətrafında olan bu quldurlarla qurtarmasa, Azərbaycanda vəziyyət getdikcə daha da pisləşəcək. 2017-ci ildə bizi bu halda böyük fəlakətlər gözləyəcək. İşıq və qazın bahalaşması ilə çörəyin, kənd təsərrüfatı məhsullarının da qiymətləri qalxacaq. Yol haqları da bahalaşacaq. Kənd təsərrüfatına avara nazir qoyublar, başı xarabın birisidir, pul yığmaqdan başqa bir şey bilmir. Ölkəni borc vəziyyətinə gətirib salanlardan biri də odur. Təəssüf ki, Azərbaycan televiziyaları da xalqı aldatmağa yönəldilən səviyyəsi olmayan adamları ekran qarşısına çıxartmaqla boş-boş danışanlara yer verir. Xalq ağı qaradan seçməyi bacarır. Onlar hər şeyi gözəl bilir. Ona görə də hamımız prezident ətrafında sıx birləşərək ona imkan yaratmalıyıq ki, Tarif Şurasının son qərarını ləğv etsin. Onun ətrafındakı xəyanətkar qüvvələrin isə yığdıqları milyonlar əllərindən alınıb, özləri də həbsə salınmalıdırlar. Onlar sərbəst buraxılsalar xaricdəki və daxildə olan Azərbaycanı sevməyən qüvvələrlə birləşib ölkədə böyük bir böhrana yol açacaqlar”.

ELÇİN
Yeniçağ.Az

www.yenicag.az

944
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv