Hafkanın borcları üzündən bağlanan klubdan xəbər var

hafka“Borclu olduğumuz futbolçularla şifahi şəkildə danışıqlara başlamışıq. Hətta müəyyən razılıqlar da əldə edilib “.

Bunu borcları üzündən bir müddətdir həvəskarlar liqasında çıxış etmək məcburiyyətində qalan “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov deyib.

Yeniçağ.Az-a danışan klub rəsmisi ümidlərini üzmədiklərini deyib:

“Hazırda bizim 2007, 2008 və 2009-cu il təvəllüdlü oyunçularımız aşağı yaş qrupları üzrə liqalarda çıxış edirlər. Ancaq digər yas qrupları üzrə liqalarda futbolçularımız maliyyə problemi üzündən iştirak edə bilmir. Komandamız həvəskarlar liqasında 2 oyun keçirib. Bir heç-heçə, bir qələbəmiz var”.

Aygün İlqarqızı
Yeniçağ.Az