!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Haiti Prezidentinə ölümündən öncə işgəncə verilib

!Reklam – Yazi

Haitinin Prezidenti Jovenel Moiz öldürülməzdən öncə işgəncələrə məruz qalıb.

Yenicag.az xəbər verir ki, Haiti səlahiyyətliləri Moizeyə qarşı sui-qəsd istintaqı ilə bağlı son məlumatları paylaşıblar.

İstintaqı aparan hakimlərdən biri Karl Henri Destin “Le Nouvelliste”yə açıqlamasında Prezidentin öldürülməzdən əvvəl yataq otağında işgəncəyə məruz qaldığını bildirib. O, ölkə başçısının qızının qaçdığını, oğlu və işçilərinin isə ağzının bağlandığını deyib.

Prezidentin qolunda və sağ ayağında qırıqların olduğu qeyd edilib.

Qeyd edək ki, Haiti Prezidenti 7 iyulda evinə silahlı hücum zamanı qətlə yetirilib. Ağır yaralanmış xanımı isə Mayamiyə aparılıb. Haiti hakimiyyəti Prezidentin qətlində şübhəli bilinən şəxslərin həbs olunduğunu elan edib. Məlumata görə, Moizi öldürən muzdlu dəstənin üzvləri 26 nəfərdən ibarətdir./Unikal.org/

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv