Haitidə üç günlük matəm elan edildi

Haitidə üç günlük matəm elan edilib.

Yenicag.az xəbər verir ki, bu barədə baş nazir Ariel Anri efirdə deyib.

Haiti rəhbərliyi ölkədə baş verən zəlzələdə ölənlərlə əlaqədar olaraq bu qərarı verib.

Qeyd edək ki, 14 avqust səhər saatlarında Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri, təxminən 125 min nəfər əhalisi olan Le-Ke kommunasından 40 km aralıda, mərkəz 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 1419 nəfər ölüb, 6,9 mindən çox adam yaralanıb.