Hakan Fidan Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Türkiyə XİN-dən Yenicag.az-ın yerli bürosuna verilən məlumata görə, nazir 10 oktyabr 2023-cü il tarixində Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

“İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq. Türkiyə yaradılmasına öncülük etdiyi İƏT-in dost və qardaş ölkələri ilə birlikdə İƏT regionunda sülh, sabitlik və rifahın artırılması istiqamətində əməkdaşlıq səylərinə töhfə verməyə davam edəcək”, – deyə məlumatda qeyd edilib.