ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Danışıqlar zamanı həmkarlar Cənubi Qafqazda ədalətli və sabit sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər: “Onlar bütün regiona fayda verəcək qarşılıqlı əlaqələri genişləndirməklə Cənubi Qafqazda ədalətli və sabit sülhə nail olmağın vacibliyini müzakirə ediblər”.
Qeyd olunur ki, tərəflər Qəzza və Livandakı vəziyyətə də toxunublar./unikal