ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
G-20 xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşü çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh danışıqları da müzakirə olunub.
Qəzza zolağında tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar, eləcə də Ukraynadakı müharibə, NATO-nun genişlənmə prosesi müzakirə mövzusu olub.