İsmayıl Haniyə şanlı Fələstin dirənişinin simvoluna çevrilmiş bir şəxsiyyətdir. Əziz xatirəsi isə Fələstin xalqının haqlı davasında yaşayacaq.
Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS lideri İsmayıl Haniyənin sui-qəsdinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.