Hakan Fidan Rusiyanın müdafiə naziri ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 1-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir Lavrovla Suriya, Mərkəzi Asiya, Afrika, Qafqaz regionları ilə bağlı perspektivlərini qarşılaşdırdıqlarını qeyd edib və bu çərçivədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə sentyabrın 1-də görüşəcəyini vurğulayıb.