Türkiyənin xarici işlər naziri Hakan Fidan, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.
Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı tərəflər Ukraynadakı son hadisələr, taxıl dəhlizinin canlandırılması istiqamətində atılan addımlar və İsveçin NATO-ya üzvlüyü barədə fikir mübadiləsi aparıblar.
İsveçin NATO-ya üzvlüyü məsələsi ilə bağlı Türkiyənin dəyişməz prinsipləri Yens Stoltenberqin diqqətinə çatdırılıb.
Natiq Çıraqzadə