Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya gedib.
Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, nazir Fidan Dəməşqdə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüşüb.
Görüşdə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Türkiyənin Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili Burhan Koroğlu və Suriya müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsinə təyin edilmiş Əsəd Həsən Şeyban da iştirak edib./Qafqazinfo/