Hakan Fidandan Azərbaycanla bağlı – Paylaşım

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı nazir, “X”də paylaşım edib.

“Türkiyə ilə Azərbaycan köklü dostluq və sarsılmaz qardaşlıq telləri ilə bir-birinə bağlanan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş bu birlik bundan sonra da regionumuzda sülhün və sabitliyin təminatı olacaq. Ümid edirəm ki, “Bir millət, iki dövlət” devizi ilə sevgimiz, qardaşlığımız əbədi qalacaq”, – paylaşımda qeyd edilib

COP29