!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakan Fidanı o əfsanəvi polkovnik əvəzləyəcək? – “Bir ildə terroru bitirərəm”

!Reklam – Yazi

4217Türkiyədə hökumət dəyişikliyindən sonra gözlər Milli Kəşfiyyat Təşkilatına çevrildi. Davudoğlu və Yalçın Akdoğandan sonra bir zamanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “sirr küpüm” dediyi Hakan Fidanın da istefaya göndəriləcəyi bildirilir.

Bu barədə ən kəskin çıxışı “Odatv” saytı edib. Saytın xəbər şöbəsinin müdiri Barış Terkoğlu imzalı xəbərdə Hakan Fidanın göndəriləcəyi, yerinə isə Türkiyənin əfsanəvi polkovniki, Abdullah Öcalanı Keniyada yaxalayan qrupun başçısı Levent Göktaş gətiriləcəyi yazıldı.

Türk Silahlı Qüvvələri tərəfindən üç dəfə üstün xidmət medalı alan, ingilis, ərəb, rus və kürd dilini bilən Levent Göktaşın kəşfiyyatın başına keçəcəyi 2008-ci ildə də gündəmə gəlmişdi. Fəqət o zaman Gülən Şəbəkəsi tərəfindən həyata keçirilən “Ergenekon” əməliyyatı nəticəsində həbs edilmişdi. 2014-cü ildə azadlığa çıxan və bəraət alan L.Göktaşın MKT-nin başına keçəcəyi təqdirdə, PKK və Paralel Şəbəkə ilə  bu günə qədərki mübarizədən fərqli və kəskin mübarizə aparılacağı bildirilir.

Göktaşın “mən akademik deyil, əməliyyatçı rəhbər olacam” deyərək, terroru bir ilə bitirəcəyini söz verdiyi vurğulanır.

Əfsanəvi polkovnikin MKT-ə rəhbər gəlməsinin önündəki ən böyük əngəlin iftira ilə olsa da, “Ergenekon”dan mühakimə edilməsi sayılır.

Lakin Göktaşın öz komandasını qurmaq istədiyini və planlarına qarışılmayacağı təqdirdə, bu vəzifəni qəbul edə biləcəyi gözlənilmir.

L.Göktaşın vəzifəni qəbul edib-etməyəcəyi müzakirə edilərkən, Hakan Fidanın niyə gedəcəyinə dair fərqli xəbərlər yayılmaqdadır. Xəbərlərə görə, H.Fidan Davudoğlu istefa verməsə də, getməkdə qərarlı imiş. 7 fevral 2015-ci ildə MKT-dən istefa verərək, deputat olmaq istəməsinin arxasında da yorulduğu, lakin Ərdoğanın israrı ilə vəzifəsinə qayıtdığı, terror yenidən baş qaldırmasaydı, 1 noyabrdan sonra istefa vermək istədiyi vurğulanır.

Eyni zamanda Sarayla münasibətlərinin əvvəlki kimi olmadığı, xüsusilə Binalı Yıldırımın 10 avqust 2014-cü il prezident seçkilərindən sonra baş nazir olmasını onun əngəllədiyi, bu səbəbdən də, dəyişdiriləcəyi söylənilir.

Ancaq Ərdoğanın “sirr küpüm” dediyi və Türkiyədə çox ciddi əməliyyatlara imza atmış Hakan Fidanın MKT rəhbərliyindən getsə də, uzun müddət siyasətdə özünü hiss etdirəcəyi bilinməkdədir.

Yenicag.az

www.yenicag.az

755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv