Türkiyə millisinin və “Qalatasaray”ın sabiq üzvü Hakan Şükür barədə həbs qərarı çıxarılıb.
Yenicag.az xəbər verir ki, sabiq millət vəkili sosial şəbəkə vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə təqsirli bilinir.
Məhkəmə prosesində şahid kimi dindirilən Bekir Savran, təqsirkar qismində olan Hakan Şükürün “Twitter” sosial şəbəkə hesabından ona mesaj göndərdiyini söyləyib. Savranın sözlərinə görə, həmin mesajda prezident Rəcəb Tayyip Ərdoğan və oğlu Bilal Ərdoğana qarşı təhqiredici videolar olduğunu bildirib. Həmçinin şahid Hakan Şükürün onun şəxsinə də təhqir və təhdid dolu mesajlar yolladığını qeyd edib:
“Mən də bu vəziyyəti aidiyyatı qurumlara şikayət etdim. Prezidentimizi dövlətimizin təmsiledicisi olaraq görürəm, buna görə də şikayət etməyi özümə borc bildim”.
Qeyd edək ki, FETÖ terror təşkilatı ilə əlaqəsi olduğu bildirilən H. Şükürü 1 ildən 4 ilədək həbs cəzası gözləyir.