!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Haker "Twitter"i şantaj etdi - 400 milyon istifadəçinin şəxsi məlumatlarını yaydı

!Reklam – Yazi

Milyonlarla “Twitter” istifadəçisinin elektron poçt ünvanları internetdə dərc edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Hudson Rock” kibertəhlükəsizlik firmasının rəhbərlərindən biri Alon Qal hakerlərin milyonlarla “Twitter” istifadəçisinin məlumatlarını ələ keçirdiklərini bildirib.

Qal ələ keçirilən məlumatlar arasında 200 milyondan çox “Twitter” istifadəçisinin elektron poçt ünvanlarının olduğunu deyib.

Digər iddiaya görə isə “Ryushi” adından istifadə edən haker keçən həftə 400 milyon “Twitter” istifadəçisinin e-poçt və telefon nömrələrini ələ keçirib. Haker məlumatları şirkətə təhvil vermək və silmək üçün “Twitter”dən 200 min dollar tələb edib.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası 2022-ci ilin dekabrında “Twitter”də məlumatların oğurlanması ilə bağlı araşdırma apardığını elan edib.

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv