Hakerlərimiz 47 erməni saytını dağıtdı

12621971_1049291428425456_5880710160980135483_oAnti-armenia Team adlı Azərbaycanlı xakerlərdən ibarət qrup bu münasibətlə Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, beynəlxalq təşkilatlarını, eləcə də ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytını dağıdıb.

Dağıdılan saytlardan 41-i Səfirliyə, 6-ı Beynəlxalq təşkilatlara aid olmaqla 47 sayt sıradan çıxarılıb. Dağıdılan saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib.

Qeyd edək ki, 2014-cü il iyulun 26-da “Anti-armenia Team”-in xakerləri Ermənistan prezidentinin və bu ölkənin bir çox mühüm nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb. Erməni ekspertlər də öz müsahibələrində dəfələrlə “Anti-armenia Team”-in hakerlərinin Ermənistana milli səviyyədə problem yaratdığını etiraf edərək, həmin qrupla mübarizə etmək üçün kifayət qədər intellektual resusrsa malik olmadıqlarını dilə gətiriblər.(Azvision)