Hakim futbolçunu öldürdü

Malavi çempionatında qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, “Billiat” və “Çilenqo” komandaları arasında keçirilən oyunda matçın baş hakimi Makkniqt Myexeya ilə meydan sahibinin futbolçuları arasında mübahisə yaşanıb.

Mübahisə sonradan davaya çevrilincə referi stadiondan qaçaraq yaxınlıqdakı evlərin birində gizlənib.

Hakimi təqib edən futbolçular “Billiat”ın oyunçularından birinin meyitini fit sahibinin gizləndiyi evin yaxınlığında tapıblar. Polis Makkniqtin futbolçunu taxta parçasıyla öldürmə şübhəsi ilə həbs edib.

Dünyasını dəyişən futbolçunun yaxınları və klub azarkeşləri isə qisas almaq məqsədi ilə hakimin yaşadığı kəndə hücum edərək evləri yandırıblar, bütün heyvanları öldürüblər.

COP29