Hakimdən qalmaqallı qərar – 2 milyonluq dələduzluqda ittiham olunan şəxs azadlığa buraxıldı

2 milyonluq qalmaqalda ittiham olunan Anar Pənahlı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

Qaynarinfo-ya daxil olan məlumata görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova Anar Pənahlı barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Hakimin bu qərarı zərərçəkənlərin narazılığına səbəb olub. Məlumata görə, onlar bununla bağlı yuxarı instansiyalara şikayət etmək niyyətindədirlər.
Anar Pənahlı ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin (DİN) əməliyyatı nəticəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (Dələduzluq – xüsusilə külli miqdarda) ilə ittiham elan olunub. Anar Pənahlının cinayət işi üzrə 5 nəfər zərəçəkən qismində tanınıb.
COP29