Hakimi döydüyünə görə tutulan klub prezidenti azadlığa buraxıldı

Türkiyənin “Ankaragücü” futbol klubunun sabiq prezidenti Faruk Koca sərbəst buraxılıb.

Yenicag.az NTV-yə istinadən xəbər verir ki, dekabrın 11-də Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən “Ankaragücü” – “Çaykur Rizespor” matçından sonra klub prezidenti meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.

Bundan sonra o saxlanılıb.