!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hakimiyyət artıq siyasi partiyalar haqqında qanuna dəyişiklik etməyə başlayıb” - GÖZLƏNTİ

!Reklam – Yazi

“Cəmiyyət də məhz yenilik istəyini önə çəkərək referendum məsələsini gündəmə çıxarıb”.

Bu fikirləri ölkədə mövcud olan dəyişiklik gözləntilərini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, cəmiyyət məhz yenilik istəyini önə çəkərək referendum məsələsini gündəmə gətirib:

“Əslində, həqiqətən də, cəmiyyətdə belə bir gözlənti var. Etiraf edək ki, hətta İkinci Qarabağ savaşı nəticəsində ərazilərimizin böyük hissəsinin işğaldan azad edilməsindən sonra da cəmiyyətdə mövcud olan gərginliyi və narazılığı aradan qaldırmaq mümkün olmayıb. Yəni insanların sosial və mənəvi-psixoloji vəziyyətində ciddi dəyişiklik baş verməyib. Əksinə, vətəndaşların sosial durumu bir qədər də ağırlaşıb, bədbinlik hökm sürməkdədir.

O baxımdan, insanlar yenilik gözləyirlər. Buna görə də, payızda referendum gözləntisinin olması cəmiyyətin istəyi kimi təqdim edilsə, bu, daha doğru yanaşma sayıla bilər. Hər halda, iqtidar bunu cəmiyyətin istəyi kimi həyata keçirməlidir. Çünki siyasi hakimiyyətin dəyişməz qalması cəmiyyətdə də narazılıq doğurur. Ayrı-ayrı kadrların əvəzlənməsi sistemin dəyişməsi deyil.

Hesab edirik ki, cəmiyyətdə real siyasi partiyaların gücündən istifadə olunmalıdır. Cəmiyyət də məhz yenilik istəyini önə çəkərək referendum məsələsini gündəmə çıxarıb. Amma təbii ki, bu qərarı vermək səlahiyyəti hakimiyyətdədir. Hakimiyyətin hansı qərar verəcəyini isə yaxın vaxtlarda görəcəyik.

Düşünürəm ki, hakimiyyət artıq siyasi partiyalar haqqında qanuna dəyişiklik etməyə başlayıb. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin siyasi partiyalarla görüşündə də bu məsələ müzakirə olundu. Ümid etmək istərdik ki, həmin qanuna gözlənilən dəyişikliklər siyasi partiyaların fəaliyyətini daha da çətinləşdirməyəcək. Ən mühüm olanı isə tək YAP-yə deyil, bütün siyasi partiyalara bərabər fəaliyyət imkanlarının yaradılmasıdır”.

A.Zeynalov

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv