Reklam

Reklam

“Müxalifətin prezident seçkilərinə hazırlıqla bağlı ciddi fəaliyyəti yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri və ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib:

“Növbədənkənar prezident seçkilərində kampaniya müddətinin 90 gündən 60 günə endirilməsini düzgün saymıram. Bu, çox kiçik müddətdir.

Amerikada prezident seçkiləri kampaniyası səsvermədən 2-3 il əvvəl başlayır. Bizdə isə yenə də məhdudlaşdırıcı təkliflər irəli sürülür. Kampaniya müddətinin 90 gündən 60 günə endirilməsi həm də ölkə üzrə təbliğat kampaniyası müddətinin azalması deməkdir. Bu isə seçkilərin effektivliyini azaldan amillərdir”.

ADP sədri Seçki Məcəlləsində nəzərdə tutulan bu və digər dəyişikliklərin hakimiyyətin növbədənkənar prezident seçkiləri keçirtmək niyyətindən qaynaqlandığını istisna etmir:

“Məsələyə məntiqi ardıcıllıqla yanaşsaq, iqtidarın növbədənkənar prezident seçkilərinə getməsi istisna olunmur.
Seçki Məcəlləsinin dəyişdirilməsi təşəbbüsü, o cümlədən, prezident seçkilərinin gələn ilin oktyabrında yox, martında keçirilməsi təklifi belə düşünməyə əsas verir. Yəni mən növbədənkənar prezident seçkilərinin keçiriləcəyini real sayıram.

Ancaq təəssüf ki, müxalifətin hadisələrin bu yöndə inkişafına kifayət qədər hazırlığı yoxdur, nədənsə, bu məsələyə formal yanaşılır”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2013
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."