Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Hakimlər Komitəsinin sədri doğmalarından xəbərsizdir – İDDİA

Reklam: Sinerji Pro

Bu gün sosial şəbəkədə Cəbrayıl qaçqını olan ana və oğlun “Sovetski”də yaşadıqları evinin sökülməsi, amma əvəzində heç bir təzminat almaması barədə video paylaşılıb. Həmin şəxslərin AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qardaşı və anası olduğu deyilir.

Ailəni tanıyanların sözlərinə görə, Xaqani Məmmədovun doğmaları “Sovetski” deyilən ərazidə heç də yaxşı şəraiti olmayan bir evdə yaşayırmış. Maraqlısı odur ki, heç bir təzminat ödənməyən bu evi X. Məmmədovun qardaşı tərəfindən nağd pula alınıb.

Adının çəkilməsini istəməyən mənbədən aldığımız məlumata görə, Hakimlər Komitəsinin sədrinin aylıq maaşı 5 min manatdan az deyil. Belə olan halda görəsən onun doğmaları niyə bu cür şəraitsiz evdə yaşayıblar?
Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi qardaşının başına gələn vəziyyətlə bağlı tam dəqiq məlumatı olmadığını dedi:

“Evin sökülməsindən xəbərdaram, onu da bilirəm ki, anamgil heç bir təzminat almayıblar. Sadəcə, onların elə bir müsahibə verdiyini bilmirəm”.

Bəs görəsən Xəqani müəllim bu işdə qardaşına hansısa köməklik göstərəcəkmi? Aldığımız cavab qeyri-dəqiq oldu:

“Sözün açığı, məsələnin təfərrüatına varmamışam. Yəqin qardaşım özü harasa müraciət edib. İnanın, xəbərim yoxdur”.

O ki, qaldı qardaşlar arasındakı inciklik məsələsinə, Xaqani Məmmədov bunu qəti şəkildə təkzib etdi:

“Onu kim deyir?! Mən qardaşımla olan münasibətimi danışmaq istəmirəm. Amma deyim ki, heç bir problemimiz yoxdur.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

115