Hakkaridə terror: 2 ölü, 11 yaralı

hakkari terrorPKK terrorçularının Türkiyənin Hakkari vilayətində polis məntəqəsinə içində partlayıcı qurğu olan avtomobillə hücumu nəticəsində 2 polis şəhid olub, 10-u polis olmaqla 11 nəfər xəsarət alıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakkari Dövlət Xəstəxanasına aparılan yaralılardan vəziyyəti ağır olan 2 polis şəhid olub. Yaralanmış 10 polisə və 1 mülki vətəndaşa tibbi yardım göstərilir.

Türkiyədə daha bir hücum Siirt vilayətində törədilib. Hücum nəticəsində üç nəfər həlak olub.

Bölgədə PKK terror təşkilatının mənsublarına qarşı xüsusi əməliyyata başlanılıb.