Halil Sezainin Bakıda konsert verəcəyi məkan dəyişdi

Məşhur türk müğənnisi Halil Sezai mayın 11-də axşam saat 20:00-da  “Üsyan” adlı solo konserti ilə paytaxt Bakının qonağı olacaq.

Yenicag.az xəbər verir ki, konsertin keçiriləcəyi məkan isə dəyişdirilib.

Təşkilatçılar məşhur müğənninin konsertini əvvəlcə “Hissa Saray”da keçirməyi planlaşdırsa da, sonradan  “Elektra Events Hall”-da baş tutacağını açıqlayıblar.

Qeyd edək ki, Sezai Azərbaycanda daha çox “İncir reçeli” filmi və “İsyan” mahnısı ilə məşhurlaşıb.

Cəvahir

COP29