Reklam

Reklam

620_340_macaristanda-halit-ergencin-bustu-dikilecek-800x436.71497584541066_557413971529b“Muhteşem Yüzyıl ” teleserialında Qanuni Sultan Süleyman rolunu canlandıram məşhur türk aktyoru Halit Ergençin şərəfinə Macarıstanda büst ucaldılacaq.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Macarıstanın tanınmış heykəltaraşlarından olan  Tibor Turi Török(Türk) sözügedən ölkədə ən çox sevilən aktyor Halit Ergençin 70 kq-lıq büstünü hazırlayıb.

Macarıstanın Keszthely qəsəbəsində yaşayan sənətkar büstü ərsəyə gətirmək üçün qranit sərtliyində olan və 1200 dərəcədə yanan maddədən istifadə edib.

Heykəltaraşın dediyinə görə,  “Muhteşem Yüzyıl” teserialı Macarıstanda  4 ildir ki, yayımlanır və izləyicilər tərəfindən olduqca sevilir. Büstü hazırlamaqda da əsas məqsədi maddiyyat deyil, türk tarixini və şəxsiyyətlərini  dünyaya doğru şəkildə tanıtmaqdır.

“Büstü tamamlamaq üçün daha 15 gün vaxt lazımdır. Bütün təklifləri dəyərləndirəcəm. Ən münasib yerdə Halit Ergençin büstü ucaldılacaq”-deyə heykəltəraş sözlərinə əlavə edib.

Törökün sözlərinə görə hətta, Halit Ergençin özü sözügedən büstü ondan satın almaq ona müraciət edib. Bundan əlavə, heykəltəraş, hər gün yüzlərlə insanın emalatxanaya gələrək büstlə şəkil çəkdirdiyini bildirir.

Törük, yalnız Halit Ergençin deyil, tarixi şəxsiyyətlər olan  Qanuni Sultan Süleyman  və Bektaşi Babası Gül Babanın da müxtəlif ölçüdə büstlərini hazırlayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 99
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."