Türkiyənin məşhur rok ifaçısı Haluk Levent Azərbaycan mahnısı oxuyub.
Yenicag.az xəbər verir ki, “Kanal D”də yayımlanan “Şarkılar bizi söyler” proqramında qonaq olan sənətçi “Yandırdın qəlbimi” əsərini bir daha ifa edib.
Onun ifası “TikTok” sosial şəbəkəsində trend olub.
Qeyd edək ki, Levent daha əvvəl də sözügedən mahnını oxuyub./Qafqazinfo/