!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Hamam suyu ilə özlərinə dost tuturlar" - Münasibət

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, azarkeşlər mayın 5-də Azərbaycan kubokunun final oyununun Naxçıvanda keçirilməsindən narazıdırlar. Səbəb isə yolun uzaqlığıdır. Bunun üçün final görüşünün başqa bölgədə keçirilməsi tələb olunub.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məsələyə münasibət bildirib. O, Qol.az-a açıqlamasında finalın Naxçıvandan başqa hansısa şəhərdə baş tutmasının mümkün olmadığını bildirib. Həmçinin qurum rəhbəri deyib ki, Lənkəran stadionunun ot örtüyü finalı qəbul etməyə imkan vermir.

Məsələ ilə bağlı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan H. Cəbrayıloğlu Lənkəran stadionunun vəziyyətinin Naxçıvandakından yaxşı olduğunu deyib:

“Lənkəran stadionunun qazonu hazırda Naxçıvan stadionundan 5 dəfə yaxşı vəziyyətdədir. Jurnalistlər də gəlib baxa bilərlər”.

O, həmçinin PLF rəhbərinin bu qərarda israrlı olmasına da aydınlıq gətirib:

“Biz klubla birgə Naxçıvanda olmuşuq. Orada çox gözəl insanlar var. Respublika rəhbərliyi hər şeyə ən yüksək səviyyədə yanaşır. Əgər qərar verilibsə, qoy olsun. Amma görünür kimlərsə “hamam suyu ilə özünə dost tutmaq” istəyir. Ona görə də seçimi belə ediblər”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv