“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova sosial şəbəkədə hamam xalatı yayılıb. Onun 34 minlik səhifəsində paylaşdığı yataq fotoları tənqid edilib.
Yenicag.az-a açıqlama verən müğənni onu tənqid edənlərə əhəmiyyət vermədiyini bildirib:
“Mən o paylaşımda fotonun altında “Ruhunuzu və beyninizi inkişaf etdirəcək kitablar oxuyun. Unutmayın ki, əlimizdə ancaq indi və burda olan anımız var. Hər yaşadığınıza görə minnətdar olun. Çünki bunların hamısı bizi harasa aparır” sözlərini yazmışam. Buna əhəmiyyət verən yoxdur, amma fotolarım tənqid olunur. Onlar uzağı görməyən insanlardır. Baxış bucağından çox şey asılıdır. Qızılgülü hərə bir gür görür; kimi ətirli, kimi solmuş vəziyyətdə. Yeri gələndə pop divaları da tənqid edirlər. O boyda Maykl Ceksonu da pedofil adlandırıdılar. Hansı ki, həmin sənətçi uşaqlar üçün nələr eləmişdi. Bu insanlar da milçək kimidir, əhəmiyyət vermək lazım deyil”.
Cəvahir