Xəzər rayon sakini yıxılaraq aldığı xəsarətdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 15-də Xəzər rayonunun Şağan qəsəbəsində yaşayan Cavid Hüseynov evinin hamam otağında yıxılıb. C.Hüseynov aldığı xəsarətdən hadisə yerində ölüb.