Almaniyan Hamburq şəhərində minlərlə insan G20 sammitinin keçirilməsinə etiraz edib.
Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Böyük iyirmiliyin” sammitinə etiraz edən bir neçə qrupu dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.
Nümayişçilərlə toqquşma nəticəsində 74 polis yaralanıb. Yaralanlardan 3-ü xəstəxanaya yerləşdirilib. Toqquşmalar nəticəsində bir neçə nəfər həbs edilib.
G20 ölkələrin sammiti 7-8 iyul tarixində Hamburq şəhərində keçiriləcək. Sammitdə beynəlxalq ticarət, inkişaf, məşğulluq, səhiyyə, iqlim dəyişikliyi, terrorla mübarizə və qaçqın böhranı kimi məsələlər müzakirə ediləcək. Etirazçılar suda və quruda, müxtəlif vasitələrlə bu sammitin keçirilməsinə etiraz edib. Etirazçılar qlobal iqlimin qorunmasını, yoxsullar və varlılar arasındakı uçurumun azaldılmasını tələb edirlər.