Hamı gəldi, Fazil Məmmədovdan başqa – Federasiya prezidenti haradadır?

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub.

Yenicag.az xəbər verir ki, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Maraqlıdır ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov qatılmayıb. Sabiq vergilər nazirinin biganə münasibətini anlamaq elə də çətin deyil.

Belə çıxır ki, federasiya Məmmədovun heç vecinə də deyil. Görünür sabiq nazir də bu idman növününün onun üçün heç bir əhəmiyyət daşımadığı qənaətinə gəlib.

Qeyd edək ki, Fazil Məmmədov daha əvvəl prezidenti olduğu Güləş Federasiyasından da istefa verib.

Xatırladaq ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizəyə aparacaq.

Emin Səfərov

COP29