!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Hamı məni göstərib qışqırırdı ki, bu, bala Lütfəlidir” - Əməkdar artist

!Reklam – Yazi

“Hamı zalda məni göstərib qışqırırdı ki, bu, bala Lütfəlidir. Buna görə özümü xoşbəxt sayırdım”.

Bunu bu gün xatirə günü olan məşhur gülüş ustası Lütfəli Abdullayevlə bağlı fikirlərini bölüşərkən əməkdar artist Ələkbər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Lütfəli Abdullayevə olan vurğunluğuna görə sənətə gəldiyini deyən aktyor zahirən böyük sənətkara bənzədiyi üçün özünü xoşbəxt sandığını da dilə gətirib:

“Bu sənətdə varamsa, 47 ildir bu sahədə çalışıramsa, əlçatmaz sənətkarımız Lütfəli Abdullayevə borcluyam. Çünki mən Lütfəli Abdullayev, Nəsibə Zeynalovanı sevib səhnəni seçmişəm. Həmişə səhnədə gözüm onu axtarıb. Arzulamışam ki, kaş o sənətkarla həyatda qarşılaşaydım, bir dəfə onunla səhnəni bölüşəydim. Çox təəssüf edirəm ki, onu həyatda görmədim. Lütfəli Abdullayev bizim üçün hər zaman məktəb olub. Onun yaratdığı obrazlardan hər zaman bəhrələnmişik. Yaşa dolandan sonra mən də onun səhnədə yaratdığı obrazları oynmağa başladım. Gördüm ki, bu obrazlar tamaşaçı tərəfindən rəğbətlə qarşılanır. Hətta zaldan mənə qışqırırdılar ki, “bu, bala Lütfəlidir”. Buna görə özümü xoşbəxt sayırdım.

Opera və Balet Teatrında 1997-ci ildə hazırlanan “Arşın mal alan”da Vəli obrazı üçün bir neçə teatrdan xalq artistləri dəvət etmişdilər, amma keçməmişdilər. Sonradan deyiblər ki, “Bəşir Teatrı”nda bir aktyor var, ona bala Lütfəli deyirlər. Məni dəvət etdilər, gəldim. Bir səhnə təqdim etdim və getdim. Sonradan teatrın direktoru o səhnəyə baxmaqla demişdi ki, o aktyoru tapın gətirin, axtardığımız Vəli odur. Uzun illər o teatrda Vəlini oynadım. Hamı məni Lütfəli Abdullayevə bənzədirdi, sevincimdən uçmağa qanadım yox idi.

“Bəşir Teatrı”nda çalışanda Moskvaya Lütfəli Abdullayevin anım tədbirinə dəvət aldım. Lütfəli Abdullayevin Moskvada yaşayan oğlu qızına deyib ki, qonaqların arasında bir nəfər var, babaya oxşayır, görüm sən onu tapa biləssən? Biz öz geyimimizdə dayanmışdıq, bir də gördüm yeniyetmə qız üstümə qaçıb məni qucaqladı və dedi: axır ki, babamı gördüm. Gözlərim doldu. Lütfəli Abdullayev sənətkar kimi doğulub, sənətkar kimi yaşayıb və sənətkar kimi də dünyadan köçüb. Filmlərinə baxıram, ətrafımda hamı gülür, amma mən həm gülürəm, həm də gözlərimdən yaş axır. Nə qədər həyatdayamsa, o, mənim qəlbimdə yaşayacaq”.

Cəvahir

www.yenicag.az

1348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv